Modern.az

UNEC QS reytinqində beynəlxalq ticarət üzrə Azərbaycanda 1-cidir!

UNEC QS reytinqində beynəlxalq ticarət üzrə Azərbaycanda 1-cidir!

Təhsil

Bu gün, 11:17

UNEC növbəti dəfə beynəlxalq uğur qazanıb.

Modern.az xəbər verir ki, QS International Trade Rankings 2027 – MBA / Masters reytinqinin nəticələrinə görə, UNEC Azərbaycanda 1-ci, dünyada isə 65-cidir.

UNEC ayrı-ayrı göstəricilər üzrə də yüksək nəticələr əldə edib. Belə ki, UNEC reytinqdə “Məzunların nəticələri” (Graduate Outcomes) göstəricisi üzrə dünyada 28-ci, “Ticarət proqramının məzmunu” (Trade Programme Content) üzrə 33-cü, “İnnovativ tədris” (Innovative Teaching) üzrə isə 50-cidir.

QS Beynəlxalq Ticarət Reytinqi (International Trade Rankings) beynəlxalq ticarət sahəsində MBA və magistr proqramlarını müxtəlif meyarlar əsasında qiymətləndirir. Hinrich Foundation ilə əməkdaşlıq çərçivəsində hazırlanan reytinqdə proqramların məzmunu, məzunların nəticələri, sənaye ilə əməkdaşlıq, innovativ tədris, akademik nüfuz və tədqiqat fəaliyyəti nəzərə alınır.

1555855

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Moskvada gərginlik - Ukraynadan ard-arda ağır zərbələr