Modern.az

Şimali Kiprdən gələn qonaqlar Türkiyə səfirliyində - FOTOLAR

Şimali Kiprdən gələn qonaqlar Türkiyə səfirliyində - FOTOLAR

Diaspor

17 İyul 2023, 16:16

Şimali Kipr Türk Respublikasının Bakıda səfərdə olan nümayəndə heyəti Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi tviter səhifəsində paylaşım edilib.

 

"İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının İdarə Heyətinin toplantısında müşahidəçi üzv qismində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Kipr Türk Ticarət Palatasının sədri Turqay Deniz və Kipr nümayəndəsi səfir Ufuk Turqaner səfirimiz Cahit Bağcını ziyarət edərək Ticarət Palatasının fəaliyyəti və Kiprin haqq işi ilə bağlı məsləhətləşmələr aparıblar", - deyə qeyd olunub.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi