Modern.az

Komitə sədri Amerika Yəhudi Komitəsinin nümayəndələrilə GÖRÜŞDÜ

Komitə sədri Amerika Yəhudi Komitəsinin nümayəndələrilə GÖRÜŞDÜ

Diaspor

13 Oktyabr 2023, 17:56

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Amerika Yəhudi Komitəsinin (AYK) Avrasiya üzrə direktoru Samuel Kligeri və AYK üzvü, “Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi”nin rəhbəri Yakov Abramovu qəbul edib.

 

Qonaqları salamlayan Komitə sədri İsraildə və Qəzza zolağında baş vermiş son ağır hadisələrlə bağlı yəhudi xalqına dərin hüznlə başsağlığı verib.

 

Sonra Azərbaycanın Qarabağ bölgəsində apardığı son antiterror tədbirləri, Xankəndidə mövcud olan durum, erməni əhalisinin Qarabağ bölgəsində yaşaması üçün Azərbaycan dövlətinin təklif etdiyi reinteqrasiya şərtləri barədə ətraflı məlumat verilib. Azərbaycan tərəfinin antiterror tədbirləri zamanı erməni əhalisini və mülki infrastrukturu hədəf almadığı, heç bir zərər yetirmədiyi və təzyiq göstərmədiyi, bu faktların Xankəndiyə və ətrafına səfər etmiş BMT missiyası tərəfindən təsdiqləndiyi diqqətə çatdırılıb.

 

Səmimi qəbula görə təşəkkür edən qonaqlar multikultural dəyərlərə malik Azərbaycanın regionda pozitiv və güclü təsirə malik olduğunu bildiriblər. Eyni zamanda Azərbaycanın bütün ərazisində dövlət suverenliyinin bərpa olunmasını yüksək qiymətləndiriblər.

 

AYK ilə birgə əməkdaşlığın səmərəli şəkildə davam etdirilməsinə və gələcək layihələrin həyata keçirilməsinə dair geniş fikir mübadiləsinin aparıldığı görüşdə yeni təkliflər səsləndirilib.

 

Görüşün sonunda xatirə şəkli çəkilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
“Erməni həmkarıma dedim, məni niyə qorxudursan? – Elmar Məmmədyarov