Modern.az

“Israel HaYom”: 7 oktyabr qırğını ermənilərin ritorikasını yumşaltmadı

“Israel HaYom”: 7 oktyabr qırğını ermənilərin ritorikasını yumşaltmadı

Diaspor

3 Noyabr 2023, 17:37

“Ermənistan İsrailin cari il 7 oktyabrda məruz qaldığı qətliama diqqət yetirmədi. Daha pisi isə odur ki, bu ölkənin radiosu HƏMAS terrorçularını “mübarizlər” adlandırdı. Bu azmış kimi, “Armenian Weekly” nəşri anti-İsrail ritorikasını daha da gücləndirdi”.

 

Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham bu barədə ölkəsinin populyar “Israel HaYom” qəzetində dərc olunmuş “Ermənilər İsraildəki müharibəyə necə reaksiya verdilər?” sərlövhəli məqaləsində yazıb. 

 

Qeyd olunub ki, bu günlərdə İsrailin İraqdakı yezidi soyqırımını xatırladan kütləvi insan qırğını ilə müşayiət olunan 7 oktyabr cinayətini törətmiş terror təşkilatı HƏMAS ilə mübarizə apardığı və yəhudi dövlətinin Bakıdan idxal etdiyi neftdən daha çox asılı olduğu bir vaxtda Vaşinqtondakı əsas erməni siyasi təşkilatı olan ANCA ABŞ-ın İsraildəki yeni səfirinə təqdim etdiyi bəyanatında İsraili Bakıya silah satışını dayandırmağa çağırıb. Müəllifin fikrincə, ermənilərin bu addımı sözügedən neft tədarükünə xələl gətirməyə hesablanıb.

 

Diqqətə çatdırılıb ki, erməni təşkilatı 7 oktyabr qırğını ilə bağlı lal sükutunu hələ də davam etdirir, üstəlik, İsraili təkcə Bakıya silah göndərdiyinə görə deyil, bir sıra başqa məsələlərə görə də qınayır. ANCA bu bəyanatı sanki israillilərin bomba sığınacaqlarına toplaşdığı bir vaxtda verib. İsrailin yarandığı gündən etibarən ən böyük insan qırğınına məruz qalması belə erməniləri anti-İsrail ritorikasını yumşaltmağa və ya İsrailə qarşı daha həssas olmağa sövq etməyib. Habelə Ermənistanın Xarici İşlər Nazirliyi sözügedən bəşəri cinayətlə bağlı yaydığı bəyanatda 7 oktyabr qırğınını vurğulamayıb.

 

Müəllif “Armenian Weekly” qəzetində dərc olunan “Niyə ABŞ hökuməti Ermənistana deyil, İsrailə qarşı bu qədər ayıq-sayıqdır?” başlıqlı başqa bir məqalənin ermənilərin öldürülən, şikəst edilən, müxtəlif formada təcavüz və işgəncə daxil ən qəddar və amansız davranışlara məruz qalan günahsız israillilərə nə üçün rəğbət bəsləmədiyini izah etdiyinə diqqət çəkib.

 

İsrailli politoloq ermənilərin qeyd olunan qeyri-insaniyyəti fonunda Bakıdakı Alov Qüllələrinin İsrail bayrağının rəngləri ilə işıqlandırılmasını, terror qurbanlarının xatirəsini ehtiramla anan azərbaycanlıların İsrailin Bakıdakı səfirliyinə gül-çiçək düzməsini və Azərbaycan-İsrail parlamentlərarasi əlaqələr üzrə işçi qrupunun sözügedən cinayəti birmənalı şəkildə pisləməklə yanaşı, bu çətin günlərdə İsrail dövlətinin yanında olduğunu elan edən məlum bəyanatını ölkəsinə və xalqına münasibətdə azərbaycanlıların həqiqi dostluğunun aşkar sübutu kimi dəyərləndirib.

 

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

 

//www.israelhayom.com/opinions/how-have-the-armenians-responded-to-the-war-in-israel/

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?