Modern.az

Pyatiqorskda Zəfər Günü qeyd edilib

Pyatiqorskda Zəfər Günü qeyd edilib

Diaspor

9 Noyabr 2023, 14:30

Rusiyanın Stavropol diyarının Pyatiqorsk şəhərində Azərbaycanın Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

Bu barədə Modern.az-a Diaspor Komitəsindən məlumat verilib.

“Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətin təşkilatçılığı ilə baş tutan tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən “Araz" Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov və başqaları ölkəmizin müasir tarixinə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik ediblər.

Bədii hissədə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, Azərbaycan mahnıları və rəqsləri təqdim olunub. Konsert proqramı Azərbaycanın qələbəsini əks etdirən videoçarxlarla müşayiət edilib.

Azərbaycanın görkəmli şairi Məmməd Arazın “Azərbaycan” şeirinin səsləndirilməsi bütün zalı ayağa qaldırıb. Soydaşlarımız ayaq üstə “Azərbaycan” mahnısını alqışlayıblar.

Tədbirin sonunda azərbaycanlı məktəblilər xatirə hədiyyələri və təşəkkürnamələrlə mükafatlandırılıblar.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü