Modern.az

Budapeştdə azərbaycanlı reper çıxış etdi- FOTOLAR

Budapeştdə azərbaycanlı reper çıxış etdi- FOTOLAR

Diaspor

10 Noyabr 2023, 12:38

Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı reper Orxan Zeynallı Zəfər Günü ərəfəsində Budapeştdə öz dinləyiciləri üçün konsert proqramı ilə çıxış edib.

 

Modern.az xəbər verir ki, Azərbaycan hüdudlarından kənarda ilk konsertini verən Orxan Zeynallı 400-ə yaxın azərbaycanlını bir araya toplayıb.

 

Azərbaycan Diasporuna Dəstək Fondunun da dəstəyi ilə baş tutan konsertə Budapeştdə yaşayan azərbaycanlılarla yanaşı, Polşa, İsveç, Belçika, Niderland, Litva, İngiltərə, Estoniya, Almaniya, İtaliya, Çexiya, Fransa, Gürcüstandan və eyni zamanda Azərbaycandan da həmvətənlərimiz qatılıb.

 

Reperin xüsusilə “40-cı paralel”, “Torpaqdan ev” kimi milli vətənpərvərlik ruhunda olan və milli dəyərlərimizin təbliğinə həsr olunmuş mahnıları böyük rəğbətlə qarşılanıb. İki saata yaxın davam edən konsertdə Orxan Zeynallı sevilən mahnılarını dinləyiciləri ilə birlikdə ifa edib.

 

Konsertin növbəti günü Budapeşt Azərbaycan Evində Orxan Zeynallının dinləyiciləri ilə maraqlı görüşü olub. Yaxın gələcəkdə digər ölkələrdə də reperin yeni konsertlərinin keçirilməsi planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü