Modern.az

Barselonada “Zəfərin Qəhrəmanları” konserti - FOTOLAR

Barselonada “Zəfərin Qəhrəmanları” konserti - FOTOLAR

Diaspor

10 Noyabr 2023, 12:44

İspaniyanın Barselona şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə, 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Gününə həsr olunmuş “Zəfərin Qəhrəmanları” adlı opera konserti keçirilib.

 

Modern.az xəbər verir ki, Diasporla İş Üzrə Dövlət Komitəsinin dəstəyi, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti” və Barselona Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin nümayəndələri və media mənsubları iştirak ediblər.

 

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

 

Tədbir Azərbaycanın Zəfər Gününə həsr olunmuş videoçarxın nümayişi ilə davam etdirilib.

 

Konsert öncəsi çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov, “Barselonadakı Azərbaycanlılar Cəmiyyəti”nin və Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov soydaşlarımızı və ölkəmizin dostlarını müasir dövlətçilik tariximizə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə təbrik ediblər. Azərbaycanın bu zirvəyə yüksəlməsində görkəmli dövlət xadimi Heydər Əliyevin əsasını qoyduğu və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilən uzaqgörən siyasətin misilsiz rolundan bəhs edilib, şanlı Ordumuzun ərazi bütövlüyümüzü tam bərpa etməsi, Xankəndidə Azərbaycanın Dövlət Bayrağının ucaldılması və Zəfər paradının keçirilməsi qürurverici hal kimi qiymətləndirilib.

 

Sonra Azərbaycanın xalq artisti Fidan Hacıyevanın, ispan və milli rəqs qruplarının ifasında rəngarəng konsert proqramı təqdim edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü