Modern.az

FETÖ-nun media qurumlarında  əməliyyat: 9 nəfər yaxalanıb

FETÖ-nun media qurumlarında  əməliyyat: 9 nəfər yaxalanıb

Dünya

30 Avqust 2016, 23:31

İstanbul Respublika Baş Prokurorluğu Fetullahçı Terror Təşkilatının (FETÖ) media qurumlarına qarşı istintaq çərçivəsində haqqında nəzarət qərarı verilən 35 nəfərdən 9-nu yaxalanarkən, Kemal Gülen, professor doktor Osman Özsoy, Yavuz Baydar, Eyüp Can Sağlık, Atilla Taş, Asım Yıldırım, Abdülkerim Balcı, Ergun Babahan, Erhan Başyurt, Gökçe Fırat Çulhaoğlu, Savaş Gençin də aralarında olduğu 26 nəfər isə ünvanlarında olmayıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu İsmayıl Uçar ilə Terror və Mütəşəkkil Cinayətlər Bürosu prokurorlarından Murad Çağlak tərəfindən FETÖ-nun media qurmasına qarşı aparılan istintaq çərçivəsində, haqqında nəzarət qərarı verilən 35 adam ilə bağlı əməliyyatlarə davam etdirir.

Nəzarətə alınan bunlardır: Nurullah Öztürk, Rasih Yılmaz, Murat  Aksoy, Abdullah Alparslan Akkuş, Dinçer Gökçe, İskender Yunus Tiryaki, Levent  Arap, Ömer Şahin ve Ayhan Şimşek.

Haqqında nəzarət qərarı olan, ancaq ünvanlarında olmayan və bir qisminin ölkədən çıxdığı təsbit edilən, aralarında jurnalist və alimlərin olduğu 26 şübhəlinin adları belədir:

Ergun Babahan, Eyüp Can Sağlık, Mehmet Yavuz Baydar, Erhan Başyurt,  Abdülkerim Balcı, Atilla Taş, Asım Yıldırım, Gökçe Fırat Çulhaoğlu, Önder  Deligöz, Ali Selçuk Gültaşlı, Şemseddin Efe, Turhan Bozkurt, Yonca Kaya Şahin,  Ali Yurttagül, Ayşe Özkalay, Can Bahadır Yüce, Celil Sağır, Faruk Arslan, Hasan Cücük, İbrahim Öztürk, Kemal Gülen, Mahmut Akpınar, Mutlu Çölgeçen ile professor doktor Osman Özsoy, İhsan Yılmaz ve Savaş Genç.

 

Haqqında nəzarət qərarı verilən şübhəlilərin, FETÖ ilə əlaqəli olduqları və çalışdıqları mətbuat orqanları ilə sosial media hesabları üzərindən terror təşkilatı FETÖ xeyrinə təbliğat apardıqları irəli sürülür.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!