Modern.az

İŞİD-də yüksək vəzifə tutan 300 Britaniya vətəndaşı var

İŞİD-də yüksək vəzifə tutan 300 Britaniya vətəndaşı var

Dünya

1 May 2017, 20:43

Böyük Britaniyanın 300-ə yaxın vətəndaşı terrorçu İŞİD qruplaşmasında yüksək vəzifə tutur. Modern.az xəbər verir ki, bunu “The Telegraph”a 23 yaşlı Britaniya vətəndaşı Stefan Aristid bildirib.

O, deyib ki, sevdiyi qızla Suriya gedib ki, şəriət qanunları ilə yaşasın, ancaq İŞİD rəhbərliyi ilə mübahisədən sonra 2015-ci ilin aprelində Britaniyaya qayıdıb: “Suriya və İraqda İŞİD-in tərkibindəki 300 britaniyalı sıravi döyüşçü kimi fəaliyyət göstərmir. Onlar KİV və təbliğata görə məsuliyyət daşıyır. Həmin adamlar Britaniya üçün təhlükədir. İŞİD-çilər arasındakı həyat həbsxanaya oxşayır. Bəziləri qalmaq istəsə də, getmək istəyənlər də az deyil. Münaqişə gücləndiyindən qruplaşma arasında parçalanma da artır.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı