ABŞ Prezidentinin İsrailə səfər tarixi məlum olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp səfəri mayın 21-də reallaşacaq. Səfər zamanı ABŞ prezidentini xanımı Melanya Tramp, qızı İvanka Tramp və kürəkəni Cared Kuşner müşayiət edəcək. Səfər zamanı əsas müzakirə mövzularından birinin İsrail-Fələstin münaqişəsinin nizamlanması məsələsi olacağı gözlənilir.
Modern.az