ABŞ-ın Cənubi Carolina əyalətində Todd Kohlhepp adlı şəxs bir qadını iki ay boyunca zəncirlə bağlı halda saxlayaraq təcavüz edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, polisin təcavüzə uğrayan qadını tapması ilə 13 ildir bağlı qalan daha 7 cinayətin üstü açılıb.
Qadın polis tərəfindən aşkarlandıqda isə boynuna zəncir vurulmuş halda divarın küncündə səssizcə oturubmuş.
Saxlanılan şəxs Braun adlı qadını qaçırdığını və daha 7 nəfəri öldürdüyünü etiraf edib.
Modern.az