Syerra-Leonenin paytaxtı Fritaun şəhərində sürüşmə nəticəsində ölənlərin sayı 461 nəfərə çatıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, onlardan 156-ı uşaqlardır.
Məlumata görə, ölənlərin çoxu dəfn edilib. Lakin cəsədlərin morqa aparılması hələ davam edir.
Syerra-Leonedə leysan yağışlar avqustun 14-də sürüşmələrə səbəb olub. Nəticədə paytaxt Fritaunda 400-dən çox insan ölüb. İtkin düşənlərin sayı 600 nəfərdir. Xilasetmə işləri davam edir.
Təbii hadisə zamanı 1000-dən çox sakin evini tərk edə bilməyib. Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, sürüşmə ilə əlaqədar 3000-ə yaxın insan evini itirərək küçədə qala bilər.
Modern.az