Modern.az

"Freedom House" arzuolunmaz elan edildi

Dünya

7 May 2024, 19:19

Amerikanın "Freedom House" hüquq müdafiə təşkilatı Rusiyada arzuolunmaz elan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğu məlumat yayıb.

 

Açıqlamada iddia edilir ki, təşkilat ABŞ-ın dünyada qondarma dominant rolunun bərqərar olmasına yardım edir, rus LGBT fəallarına və Ukraynaya kömək üçün aktiv çağırış edir.

 

"Freedom House" 1941-ci ildə təsis edilib. Müxtəlif mənbələrə görə, təşkilatın büdcəsinin 66-80%-i ABŞ hökumətinin qrantları hesabına təmin edilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi