Modern.az

Meksikada 6,2 bal gücündə zəlzələ oldu

Meksikada 6,2 bal gücündə zəlzələ oldu

23 Sentyabr 2017, 19:51

Meksikada yenidən zəlzələ olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, yeraltı təkanlar ölkənin şərqində 6,2 bal gücündə zəlzələ olub.

ABŞ-ın Geologiya Xidmətinin məlumatına görə, zəlzələnin episentri Oahaka ştatının Matias Romero şəhərinin cənub-şərqində yerləşib. Agentliyin məlumatına görə, zəlzələ ilə əlaqədar Meksikada həyəcan təbili çalınıb.

Qeyd edək ki, bundan əvvəl-sentyabrın 19-da baş vermiş güclü zəlzələnin qurbanlarının sayı 286 nəfərə çatıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi