Modern.az

Kanada Rusiyanın G8-ə qayıtmasına qarşıdır

Kanada Rusiyanın G8-ə qayıtmasına qarşıdır

Dünya

8 İyun 2018, 17:57

ABŞ prezidentinin Rusiyanın G8-ə geri qaytarılması barədə təklifinə Kanada tərəfi etirazını bildirib.

 

Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kanada baş nazirinin nümayəndəsi məlumat verib.

 

Kanada Rusiya ilə bağlı fikrini dəyişməyərək onun yenidən G8-ə qayıtmasına qarşıdır. Bundan əvvəl ABŞ prezidenti Donald Trampı İtaliya baş naziri Cüzeppe Konte dəstəkləyib.

 

Qeyd edək ki, G7 formatında sammit 1976-1997-ci illərdə fəaliyyət göstərib. Rusiyanın qatılmasından sonra sammit G8 adlanmağa başlandı. 2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsi ilə o sammitdən uzaqlaşdırıldı və sammit yenidən G7 adlandırıldı.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var