İndoneziyanın Lombok adasında 6,9 bal gücündə zəlzələ baş verib. Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar bazar günü 14:56-da qeydə alınıb. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşir.
Xatırladaq ki, avqustun 5-də Lombok adasının şimalında 7 bal gücündə zəlzələ baş verib və təbii fəlakət nəticəsində 436 nəfər ölüb.