Modern.az

İki siyasətçi  namizədliyini geri götürdü

İki siyasətçi  namizədliyini geri götürdü

Dünya

21 Oktyabr 2018, 21:53

Gürcüstanda prezidentliyə namizədliyi qeydə alınmış iki siyasətçi namizədliyini geri götürüb. Modern.az “Report”a istinadən xəbər verir ki, həmin namizədlər “Ənənəviçilər birliyi”ndən Akaki Asatiani və “Xristian-demokratlar hərəkatı”ndan Vaxtanq Qabuniyadır.

 

Onlar namizədliklərini “Azad Gürcüstan” partiyasının prezidentliyə namizədi Kaxa Kukavanın xeyrinə geri götürüblər.

 

A.Asatiani və V.Qabuniya tərəfdarları və seçicilərini K.Kukavanı dəstəkləməyə çağırıblar.

 

Gürcüstanda prezident seçkiləri oktyabrın 28-də keçiriləcək. Yerli qanunvericiliyə görə, namizədliyin geri götürülməsi müddəti oktyabrın 16-da başa çatıb. Seçki bülletenlərində namizədlikləri qeydə alınmış 25 namizədin hamısının adı qeyd olunacaq.

 

Bundan əvvəl Gürcüstanda 200-dən çox seçki məntəqəsi üçün seçki bülletenlərinin Azərbaycan dilində çap olunacağı məlumat verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!