Qazaxıstan prezidenti Nursultan Nazarbayev Belarus Təhlükəsizlik Şurasının Baş katibi Stansilav Zasyanı qəbul edib.
Modern.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Qazaxıstan prezidenti Zasyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi postuna namizədliyini tam dəstəkləyib.
“Siz hərbçisiniz və böyük təcrübəyə maliksiniz. Belarus Ordusunun Baş Qərargahında çalışmışınız. Siz KTMT-nın işləri ilə tanışsınız, bir çox tədbir və iclaslarında olmuşunuz. Sizi dəstəkləyəcəyik”-deyə Nazarbayev görüşdə deyib. O, Sankt-Peteburqdakı görüş zamanı bütün üzv ölkələrin Zasyanın namizədliyini dəstəklədiyini də xatırladıb.
Xatırladaq ki, 54 yaşlı Stanislav Zasya general-mayor rütbəsi daşıyır və Bakı Ümumqoşun Komandirləri Məktəbini bitirib.