Modern.az

Ali Məhkəmənin sabiq sədri həbs edildi

Ali Məhkəmənin sabiq sədri həbs edildi

24 Yanvar 2019, 00:24

Cənubi Koreyada Ali Məhkəmənin sabiq sədri Yanq Sunq-te səlahiyyətlərindən sui istifadədə, məhkəmə proseslərinə təsir etməklə əvvəlki hökumətə lobbiçilik fəaliyyəti göstərməkdə təqsirli bilinərək həbs olunub. Modern.az xəbər verir ki, Seul mərkəzi rayon məhkəməsinin sabiq sədrin həbsi üçün qərarı elan etməsindən dərhal sonra o, paytaxtdakı təcridxanaya gətirilib. Uzun illər məhkəmə-hüquq sistemindən çalışmış 71 yaşlı sabiq sədr 40-a yaxın cinayət işində şübhəli bilinir.

 

Bildirilir ki, 2011-2017-ci illərdə Ali Məhkəməyə rəhbərlik etmiş Yanq-Sunq-te impiçment yolu ilə ölkə prezidenti vəzifəsindən uzaqlaşdırılan və sonradan azadlıqdan məhrum edilən Pak Kın-he hökumətinin bir çox qanunsuz fəaliyyətinə dəstək verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!