Modern.az

Kəbəni su basdı: 14 ölü

Kəbəni su basdı: 14 ölü

30 Yanvar 2019, 22:50

Şiddətli yağışlar 4 gündür Səudiyyə Ərəbistanını cənginə alıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, mütəmadi yağan yağışların yaratdığı sel nəticəsində 14 nəfər həlak olub.

 

SPA rəsmi xəbər agentliyinin məlumatına görə, xilasetmə əməliyyatları nəticəsində seldən əziyyət çəkən 271 nəfər xilas olunub. Ölkənin şimal-qərbində yerləşən Təbuk bölgəsində isə 137 nəfər təxliyə edilib.

 

Bundan başqa, dünya müsəlmanlarının müqəddəs səcdəgahı olan Kəbəni də su basıb.

 

Səudiyyə Ərəbistanında baş verən bu sel fəlakəti son 50 ilin ən şiddətli təbiət hadisəsi adlandırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!