Güclü külək pilota çətin anlar yaşadıb. Modern.az xəbər verir ki, hadisənin görüntüsü "Big Jet TV”nin YouTube kanalında dərc olunub.
Məlumata görə, hadisə Londonda qeydə alınıb. "British Airways” hava yolları şirkətinə aid sərnişin təyyarəsi güclü külək səbəbindən Londonun Hitrou aeroportuna enə bilməyib.
Kadrlarda təyyarənin uçuş-eniş zolağına toxunacağı əsnada güclü küləyin onun tarazlığını pozduğunu görmək olur.
Pilot sayıqlığı itirməyərək, təyyarəni dərhal havaya qaldırıb və aeroport üzərində dövrə vurmağa məcbur qalıb.