Modern.az

Məhşur karikaturaçı Azərbaycanı təriflədi

Məhşur karikaturaçı Azərbaycanı təriflədi

Dünya

13 May 2019, 17:01

Dünyaca məhşur karikaturaçı Omar Momani Bakıda keçiriləcək UEFA Avropa Liqasının final görüşünə biganə qalmayıb. 

Modern.az xəbər verir ki, o, "Çelsi" və Arsenal"ın  üzvlərini səhər yeməyində təsvir edib.

Şəkildə "zadəganlar"ın çalışdırıcısı Maurisio Sarri, futbolçuları Eden Hazard, Nqolo Kante, "Arsenal"dan isə Pyer-Emerik Obameyanq, Məsut Özil və Aleksandr Lyakazett öz əksini tapıb. Momani həmçinin, "Liverpul"un baş məşqçisi Kloppu da karikaturaya əlavə edib. O, "Cənab, Klopp, bizə qoşul! Azərbaycanın səhər yeməyi insanları birləşdirir və hər kəsi xoşbəxt edir! Bunu mütləq dadın!" yazıb. 

Qeyd edək ki,bu yaxın günlərdə Yurgen Klopp Avropa Liqasının finalının Azərbaycanda keçirilməsinə "Bu çox gülməlidir. Bu qərarı verənlər səhər nə yeyirlər?" deyə mənfi reaksiya vermişdi.  

Novruz NOVRUZLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir