Modern.az

Zelenski ona yeni vəzifə verdi 

Zelenski ona yeni vəzifə verdi 

Dünya

26 Aprel 2024, 21:27

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Dəstək Qüvvələrinin komandanını vəzifəsindən azad edib.

 

Modern.az xəbər verir ki, prezidentin sərəncamı ilə Aleksandr Yakovets bu vəzifədən uzaqlaşdırılıb.

 

Yakovets martın 4-də Dəstək Qüvvələrinin komandiri təyin edilib. O, əvvəllər Dəstək Qüvvələrində inzibati vəzifədə olub.

 

O, digər bir sərəncamla Ukraynanın Xüsusi Nəqliyyat Xidmətinin rəhbəri təyin olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək