Modern.az

İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb

İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb

Dünya

26 Fevral 2020, 21:51

İranda 39 nəfər yeni növ koronavirusdan sağalıb.

Modern.az  "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, koronavirusdan sağalma halları Qum, Gilan, İsfahan, Əlburz, Gülüstan, Mərkəzi, Hormozqan və Kermanşah əyalətlərində qeydə alınıb.

Bildirilir ki, yeni növ koronavirusdan ən çox sağalma halı - 30 - Qum əyalətində qeydə alınıb.

Qeyd edək ki, İranda yeni növ koronavirusa 139 nəfər yoluxub, onlardan 19 nəfəri ölüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü