Modern.az

Beyrut liman administrasiyasının 16 əməkdaşı saxlanıldı

Beyrut liman administrasiyasının 16 əməkdaşı saxlanıldı

Dünya

6 Avqust 2020, 23:23

Livanın paytaxtı Beyrutda güclü partlayış baş verən limanın administrasiyasının 16 əməkdaşı saxlanılıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, həbs olunanların sayının artacağı istisna edilmir.

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində 100-dən çox şəxs həlak olub, 5 minə yaxın insan isə xəsarət alıb.

Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir