“Çin ABŞ-ın milli təhlükəsizliyi üçün Rusiyadan daha böyük təhdid törədir. Xüsusən kosmosda bizim peykləri məhv edə bilmək üçün hazırlanan proqramları təhlükəlidir”.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Kəşfiyyat Xidmətinin direktoru Con Retklif söyləyib.
Retklif Rusiyanın da analoji sistemlər yaratmasına baxmayaraq, onların texniki baxımdan mükəmməl olmadığını əlavə edib.