Modern.az

Naqasaki sahillərində gəmilər toqquşdu: Ölənlər var

Naqasaki sahillərində gəmilər toqquşdu: Ölənlər var

12 Sentyabr 2021, 12:08

Sentyabrın 12-də səhər saatlarında Naqasaki prefekturasının Sasebo şəhərinin sahillərində gəmi qəzası baş verib.

 

Modern.az xəbər verir ki, göyərtəsində üç nəfərin olduğu kiçik gəmi 498 ton su tutumuna malik yükdaşıyan “Moriyama Moru” gəmisi ilə toqquşub. Nəticədə bir nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.

 

Bundan əlavə, səhər saat 6 radələrində Qokan adasında yerləşən Hirado şəhəri sahillərində motorlu iki qayıq toqquşub. Sahil Mühafizə Xidmətinin məlumatına görə, nəticədə Tkuqo şəhərindən olan 77 yaşlı kişi dənizə düşərək boğulub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!