Modern.az

Qəzzadan İsrailə yenə raket atıldı

Qəzzadan İsrailə yenə raket atıldı

Dünya

12 Sentyabr 2021, 23:55

Bu gün axşam saatlarında Qəzza zolağından İsrailə yenidən raket atılıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

 

Raket “Dəmir Günbəz” hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

 

Raketin İsrailin cənubunda yerləşən Sderot şəhərini hədəf aldığı bildirilir.

 

Qeyd edək ki, son üç gündə Qəzza zolağından İsrailə bir neçə raket atılıb. Hər hansı itkinin olduğu bildirilmir.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!