Modern.az

Kaş ki, bir gün Qarabağda olaydım...

Kaş ki, bir gün Qarabağda olaydım...

10 Noyabr 2012, 22:10

Modern.az Milli Məclisin deputatları ilə Azərbaycanda fəaliyyət göstərən Ali təhsil müəssisələrində təhsil alan tələbələr arasında əməkdaşlığın genişləndiilməsinə xidmət edən deputat-tələbə layihəsinə yenidən start verdi. Bu layihə çərçivəsində deputat Rövşən Rzayevin təqdim etdiyi “Qarabağın Azərbaycanlı və erməni icmaları arasında danışıqların bərpası torpaqların azad edilməsinə necə təsir edə bilər?” mövzusu ilə bağlı daxil olan tələbə yazılarını təqdim edirik.

Qarabağ, tarixin qədim izlərini özündə daşıyan, sabaha ümidi, inamı qəlbimizdə yaşadan torpaq, illərdir sızıldayan, qapanmaz yaramız. Sən Azərbaycan xalqının özü qədər qədim tarixsən. Bu tarix danılmaz bir həqiqətdir. İllərdir düşmən tapdağı altında olan,odu-ocağı talan edilmiş yurdumuzun həsrətindəyik. Düşmən tapdağı altında olan torpaqlarımızın nə zaman geri qayıdacağ?Nə zaman öz yurdlarından didərgin düşmüş insanlarımızın göz yaşı quruyacaq?

Bu gün Qarabağın bütöv hissəsi və düzənlik Qarabağın bir hissəsi Ermənistan dövlətinin işğalı altındadır. Dövlətimiz illərdir bu böyük problemin həlli uğrunda səylə çalışır. Hər keçirilən görüşlərdə,konfranslarda yeni bir fikir səslənir, yeni addım atılır.İntensiv şəkildə atəşkəs rejiminin pozulması isə hamımıza məlumdur.Əlbəttəki atəşkəs rejiminin ciddi şəkildə pozulması belə bir gərgin vəziyyətdə gözləniləndir.Dağlıq Qarabağ probleminin həlli üçün iki dövlət arasındakı münasibətlər,bu hadisəyə beynəlxalq təşkilatların və digər dövlətlərin yanaşması mühüm amildir.Azərbaycanın 1992-ci il 2 mart tarixində üzv olduğu BMT təhlükəsizlik şurasının  Ermənistanın işğalçı qoşunlarının  Azərbaycan ərazisindən çıxarilmasına dair 4 qətnaməsi mövcuddur,lakin onlardan hec biri hele de,icra olunmayıb.Bu məsələ ilə bağlı Azerbaycan Respublikası Prezidenti İlham Əliyev öz fikrini belə izzah edir:

Beli qebul olunmuş qətnamələr hələdə icra olunmamaqdadir,lakin biz BMT təhlükəsizlik şurasının 1973-cu il Liviya ilə bağlı çıxardığı qətnamənin qəbul olunduqdan bir neçe saat sonra icra olunduğunu da gördük. Bu qətnamə operativ şəkildə icra olunduğu halda, bizimlə bağlı məsələdə bu cür pozğunluq nümayiş etdirilir.

Əslində bu problem iki dövlət Azerbaycan- Ermənistan arasındakı qarışıqlıq deyil. Bu problem dünya dövlətləri, beynəlxalq təşkilatlar səviyyəsində həlli tələb olunan məsələdir.Bu məsələ ilə bağlı bir çox dövlət öz mövqeyini nümayiş etdirməkdədir.Hələ münaqişənin ilk dövründə Türkiyə dövləti Azərbaycana öz mövqeyini bildirmişdir.1991-ci il “ rüzgar birliyi “ adlı 500 könüllüdən ibarət dəstəni Alparslan Türkeş tərəfindən Qarabağa göndərmiş və dəstək vermişdir. Ermənistanin qardaş ölkə Türkiyə ilə sərhədlərin açılması ilə bağlı atdığı addım əlbəttəki Türkiyəni  bu problemə daxil etmək məqsədi güdürdü. Ermənistan Qarabağ torpaqlarının onun olduğunu iddia edərkən Rusiya və İran dövləti Ermənistanı dəstəkləməkdədir.

Azərbaycanın dövlətinin hələ də bu problemin həllini tapmamasina səbəb Azərbaycanin Türkiyə dövlətinin dəstəyi ilə yalnız qalması,beynəlxalq təşkilatların məsələnin həllində səylə çalışmaması,digər dövlətlərin dəstəyini görməməsidir. Ermənistan Prezidenti Serj Sarkisyan müsahibələrinin birində qeyd edib ki,Azərbaycan –Ermənistan arasındakı bu münasibət dini etiqadların müharibəsinə cevrilə bilməz,xristian-islam şəklin də qarşı-qarşıya qoyula bilməz.

20 ildir müstəqil olan Azərbaycanın bu qısa müddət ərzində bir çox sahələrdə iqtisadiyyat, incəsənət, idman və s əldə etdiyi uğurlar onun gələcək perspektivlərindən xəbər verir.Getdikcə inkişaf edən Azərbaycan dövləti artiq digər dövlətlər arasında, beynəlxalq arenada tanınmaqdadır. Azərbaycanın getdikcə artan uğurları onun güclənməsinə şərait yaradır. Hər zaman sülh sevər olduğunu göstərən Azərbaycan lazım gələrsə müharibə yolu ilə öz torpaqlarını geri qaytarmağa da hazırdır.Azərbaycanın nüfuzu və gücü digər dövlətlər arasında artdıqca Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli mümkündür.

 

Şahnaz Tağıyeva,

Qerb Universiteti

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!