Modern.az

Futzalda millimizin rəqibləri bəlli oldu

Futzalda millimizin rəqibləri bəlli oldu

18 Oktyabr 2021, 20:34

Bu gün futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb.

 

Modern.az xəbər verir ki, Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

 

Joze Alesionun baş məşqçi olduğu kollektiv İspaniya, Gürcüstan və Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq.

 

Qeyd edək ki, 19 yanvar - 6 fevralda Niderlandda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü