Modern.az

Peskov Putin, tutulan müxbir və Akkuyu AES-dən DANIŞDI

Peskov Putin, tutulan müxbir və Akkuyu AES-dən DANIŞDI

30 Mart 2023, 14:36

"Deməliyəm ki, "The Wall Street Journal"ın jurnalisti casusluq etdiyinə görə cinayət başında saxlanılıb. Mən normal jurnalist fəaliyyəti ilə məşğul olan “The Wall Street Journal”ın digər əməkdaşlarının Rusiyada sonrakı fəaliyyəti üçün heç bir maneə görmürəm. Yekaterinburqda casusluqda şübhəli bilinərək saxlanılan "The Wall Street Journal" müxbirinin nəşrləri Kremldə məlumdur".

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

 

"Akkuyu AES Rusiya-Türkiyə münasibətləri və xüsusilə Türkiyənin enerji sektoru üçün çox mühüm layihədir. Rusiya tərəfi aprelin 27-də Akkuyu AES-də nüvə yanacağının doldurulması mərasimində layiqincə təmsil olunacaq. Putinin mərasimdə iştirakının formatı ilə bağlı dəqiq qərarlar hələ verilməyib", - deyə o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü