Modern.az

Ukraynaya göndərilən Qərb silahları oğurlanıb

Ukraynaya göndərilən Qərb silahları oğurlanıb

Dünya

21 İyul 2023, 10:18

2022-ci ildə Ukraynaya göndərilən Qərb silahlarının bir hissəsi oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə CNN kanalı Pentaqonun baş müfəttişinin hesabatına istinadən məlumat yayıb.

 

Bildirilib ki, cinayətkarlar, könüllü döyüşçülər və silah alverçiləri Ukrayna qoşunlarının verdiyi bəzi silah və texnikanı ələ keçiriblər.

 

Məlumata görə, cinayətkarlar silah oğurlamaq üçün özlərini humanitar yardım işçisi kimi göstərib, yerli hüquq-mühafizə orqanları oğurluq cəhdlərinin qarşısını ala bilib.

 

Hesabatda, həmçinin vurğulanıb ki, 2022-ci ilin oktyabrında Ukrayna anbarlarında yoxlamalar bərpa olunsa da, ümumilikdə nəzarət etmək çətin olub. Həmin ay ABŞ Müdafiə Nazirliyi Kiyevi izləmə sistemləri, xüsusilə skanerlər və xüsusi proqramlarla təmin edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!