Modern.az

Rusiya Norveçi dost olmayan ölkə elan etdi

Rusiya Norveçi dost olmayan ölkə elan etdi

Dünya

3 Avqust 2023, 11:36

Rusiya hökuməti Norveçi dost olmayan ölkələr siyahısına daxil edib.


Modern.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat yer alıb.

 

“Hökumət Norveç Krallığını Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlər siyahısına daxil edib”, - hökumətdən bildirilib.

 

Qeyd edək ki, Rusiya mart ayında dost olmayan ölkələrin siyahısını tərtib edib. Siyahıya Avropa İttifaqı dövlətləri və daha 21 ölkə daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır