Modern.az

Braziliyada temperatur 62 dərəcə selsini keçib

Braziliyada temperatur 62 dərəcə selsini keçib

Dünya

19 Mart 2024, 07:54

Braziliyada anomal istilər davam edir.

 

Modern.az xəbər verir ki, paytaxt Rio-de Janeyroda havanın temperaturu 42 dərəcəyə çatır. Lakin hiss edilən temperatur 62,3 dərəcə Selsidir. Bir gün əvvəl göstərici 61 dərəcə idi.

 

Dövlət qurumları əhalini gündüz saatlarında maksimum az hərəkət etməyə çağırıb. Meteorologiya xidməti isə yaxın günlərdə yağış mövsümünün başlayacağı ilə bağlı xəbərdarlıq edib. İki ay davam edən şiddətli istilərdən sonra ölkənin əksər ərazilərinə böyük həcmdə yağıntının düşməsi, havaların kəskin soyuması gözlənilir.

 

Ekspertlər hesab edirlər ki, temperatur anomaliyalarının başlıca səbəbi ağacların kütləvi şəkildə qırılmasıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir