Modern.az

Paşinyanın qaynı qubernator təyin olunacaq - KİV

Paşinyanın qaynı qubernator təyin olunacaq - KİV

Dünya

19 Mart 2024, 11:56

Ermənistanın Şirak vilayətinin qubernatoru işdən çıxarılacaq, onun yerinə baş nazir Nikol Paşinyanın qaynı, Anna Akopyanın qardaşı təyin olunacaq.

 

Modern.az xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazıb.

 

Qeyd olunub ki, Muşeq Muradyanın vəzifəsindən kənarlaşdırılması Paşinyanın Şirak bölgəsinə səfərindən sonra baş verəcək.

 

Şirak qubernatoru bir neçə dəfə hökumətin işini sərt tənqid edib və bu yaxınlarda Şirak bölgəsi administrasiyasının iki əməkdaşı həbs edilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir