Modern.az

Sarkisyan Putini TƏBRİK ETDİ

Sarkisyan Putini TƏBRİK ETDİ

Dünya

19 Mart 2024, 12:20

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan Vladimir Putini Rusiya Federasiyasında keçirilən prezident seçkilərində yenidən prezident olması münasibətilə təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

Eks-prezident Rusiyanın dövlət başçısına "möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, qardaş Rusiya xalqına isə sülh, sabitlik və firavanlıq" arzulayıb.

 

Qeyd edək ki, Rusiyada 15-17 mart tarixlərində prezident seçkiləri keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir