Modern.az

Bill Klinton və xanımına sui-qəsdi kimlər təşkil edibmiş... - ŞOK DETALLAR

Bill Klinton və xanımına sui-qəsdi kimlər təşkil edibmiş... - ŞOK DETALLAR

Dünya

24 Mart 2024, 13:12

1996-cı ildə Filippində ABŞ-ın 42-ci prezidenti Bill Klinton və həyat yoldaşı Hillari Klintona qarşı sui-qəsd təşkil edilib. 

 

Modern.az xəbər verir ki, "Reuters" informasiya agentliyi sui-qəsdin bir sıra təfərrüatlarını açıqlayıb.

 

 Məlumata görə, sui-qəsd “Əl-Qaidə” terror qruplaşması tərəfindən təşkil edilib.

 

Bill və Hillari Klintona sui-qəsd cəhdi 1996-cı il noyabrın 23-də Amerika prezidentinin Manilaya səfəri zamanı baş verib. Bill Klinton buradan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının illik sammitinə gedib. Prezidentin kortejinin hava limanından səfəri zamanı amerikalı kəşfiyyatçılar partlayıcı qurğunun aşkarlanması barədə məlumat alıblar. Qurğu zərərsizləşdirilib və heç kim xəsarət almayıb.

 

Agentlik qeyd edir ki, partlayıcı qurğu körpüdə tapılıb. Prezidentin korteji oradan keçməli və bu zaman qurğu işə düşməli idi. Lakin mümkün terror aktı ilə bağlı xəbərlərdən sonra kortej alternativ marşrutla hərəkət edib. Daha sonra Filippin kəşfiyyat orqanları körpüyə bomba qoyulduğunu, həmçinin tərk edilmiş qırmızı "Mitsubishi Pajero" markalı maşından AK-47 avtomatları tapşırığını bildirib.

 

Agentliyin məlumatına görə, terror aktı Usamə bin Ladenin göstərişi ilə təşkil edilib. Hücuma “Əl-Qaidə”nin üzvləri və təşkilatın Filippin “qolu” - Əbu Səyyaf qruplaşması həyata keçirməli idi. 

 

Bildirilir ki, terror aktının təşkilatçılarından biri 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktlarını təşkil edən Xalid Şeyx Məhəmmədin qardaşı oğlu Rəmzi Yusif ola bilər. Rəmzi Yusif 1993-cü ilin fevralında Nyu Yorkda Dünya Ticarət Mərkəzində törədilən partlayışda iştirak etdiyi üçün hazırda Kolorado həbsxanasında ömürlük həbs cəzasını çəkir.

 

"Reuters" qeyd edir ki, hadisə mediada az işıqlandırılıb və daha sonra prezidentin 2010 və 2019-cu illərdə nəşr olunan kitablarında qısaca xatırlanıb. Həmçinin ABŞ hökumətinin sui-qəsd cəhdi ilə bağlı hər hansı təhqiqat aparması barədə məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?