Modern.az

5.3 bal gücündə ZƏLZƏLƏ 

5.3 bal gücündə ZƏLZƏLƏ 

Dünya

23 Mart 2024, 23:34

İndoneziyanın Sumatra adasının sahillərində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələnin episentri təxminən 70 min nəfər əhalisi olan Paqar Alam şəhərindən 83 kilometr cənub-qərbdə olub.

 

İtki və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?