Modern.az

Bayden Trampı 3 faiz fərqlə qabaqlayır - Sorğu

Bayden Trampı 3 faiz fərqlə qabaqlayır - Sorğu

Dünya

28 Mart 2024, 14:40

ABŞ Prezidenti Cozef Bayden sabiq dövlət başçısı Donald Trampı kiçik fərqlə qabaqlayır.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Quinnipiac Universiteti tərəfindən keçirilən yeni rəy sorğusuna əsasən, Bayden seçicilərin 48, Tramp isə 45 faizinin dəstəyinə malikdir.

 

Bu arada sorğu müstəqil namizəd Robert F. Kennedi və digər təşkilatlardan namizədlər Cill Steyn və Cornel Uest də daxil olmaqla genişləndirilib. Səsvermənin nəticələrinə görə, oğul-Kennedini seçicilərin 13 faizi, Şteyn və Uesti isə müvafiq olaraq 4 və 3 faizi dəstəkləyib.

 

Donald Trampın fikrincə, oğul-Kennedinin seçki yarışında iştirakı Respublikaçılar Partiyasının perspektivinə müsbət təsir edəcək.

 

Sorğu ölkə üzrə qeydiyyatda olan 1407 seçici arasında martın 21-dən 25-dək keçirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir