Modern.az

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Dünya

28 Mart 2024, 15:48

Ötən il Gürcüstanda 22 min 275 nikah qeydə alınıb ki, bu da 2022-ci ilin müvafiq göstəricisindən 14,5 faiz azdır.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

 

Bununla yanaşı boşanmaların sayında da azalma baş verib. Belə ki, 2023-cü ildə 13 min 664 boşanma faktı qeydə alınıb, bu da əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 3,1 faiz azdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir