Modern.az

Ən gənc və ən yaşlı NAMİZƏDLƏR - 18 və 90 yaş...

Ən gənc və ən yaşlı NAMİZƏDLƏR - 18 və 90 yaş...

Dünya

28 Mart 2024, 15:57

Türkiyədə 31 martda keçiriləcək yerli seçkilərə qatılan ən yaşlı və ən gənc namizədlər bəlli olub.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, bələdiyyə seçkilərində ən gənc namizədin 18, ən yaşlı namizədin 90 yaşı var.

 

İstanbulun Küçükçekmece rayonunun bələdiyyə məclisi üzvlüyü üçün yarışan Yenidən Rifah Partiyasının namizədi, 18 yaşlı Elif Nur Batur ən gənc namizəd olub.

 

Ən yaşlı namizəd isə hakim Ədalət və İnkişaf Partiyasının Çorumun Karqı rayonunun bələdiyyə məclis üzvlüyünə namizədi 90 yaşlı Ali Kalıncadır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir