Modern.az

Argentina Prezidenti sevgilisindən ayrıldı

Argentina Prezidenti sevgilisindən ayrıldı

15 Aprel 2024, 09:14

Argentina Prezidenti Xavyer Miley sevgilisindən ayrılıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında məlumat yayıb.

 

O, aktrisa Fatima Flores ilə münasibətlərinin bitdiyini açıqlayıb.

 

Siyasətçi qərarın qarşılıqlı olduğunu və iş qrafiki arasında uyğunsuzluqla bağlı olduğunu bildirib.

 

Mileyin sözlərinə görə, keçmiş sevgilisi Avropa və ABŞ-də bir neçə iş təklifi alıb və özü də prezident kimi çox məşğuldur və daim səyahət edir.

 

Qeyd edək ki, Miley ötən ilin dekabr ayında prezident seçilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…