Modern.az

Rusiyanın Ukraynadakı itkiləri 470 mini geridə qoydu

Rusiyanın Ukraynadakı itkiləri 470 mini geridə qoydu

Dünya

2 May 2024, 09:37

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1030 hərbçisini itirib.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 470 870 nəfərə çatıb.

 

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 20 tank, 29 zirehli döyüş maşını, 20 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi