Modern.az

Ukraynaya 450 dron veriləcək

Ukraynaya 450 dron veriləcək

Dünya

15 Aprel 2024, 23:43

Kanada yayda 450 “SkyRanger” çoxməqsədli pilotsuz uçuş aparatını (PUA) Kiyevə təhvil verəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayılıb.

 

“Pilotsuz uçuş aparatları koalisiyasının rəhbər qrupunun iclasının ilkin nəticələrinə görə, Litva Ukrayna üçün FPV pilotsuz təyyarələri üçün üç milyon avro ayıracaq, Kanada isə 450 PUA təhvil verəcək”, - açıqlamada bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!