Modern.az

G7 XİN rəhbərləri İrana görə TOPLAŞIRLAR

G7 XİN rəhbərləri İrana görə TOPLAŞIRLAR

Dünya

16 Aprel 2024, 08:00

Aprelin 17-19-da İtaliyanın Kapri adasında bu ölkənin G7-yə sədrliyi çərçivəsində “Yeddilər qrupu” ölkələrinin xarici siyasət idarələri rəhbərlərinin iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, İtaliyanın xarici işlər naziri Antonio Tayaninin sözlərinə görə, görüşdə Yaxın Şərqdə və Ukraynada müharibələrə son qoyulması üzrə tədbirlər müzakirə olunacaq.

 

Çərşənbə axşamı keçirilən görüşün ilk iclası Qəzza və İrana həsr olunacaq, Qırmızı dənizdə vəziyyət cümə axşamı səhər müzakirə ediləcək.

 

Nazirlər həmçinin Afrika ilə əlaqələrin möhkəmləndirilməsi yollarını nəzərdən keçirəcəklər. İtaliya hökuməti hesab edir ki, bütün Afrika qitəsində iqtisadi rifahın inkişafı növbəti illərdə Avropaya kütləvi miqrasiyanın qarşısının alınması üçün həyati əhəmiyyət kəsb edir.

 

Görüşün yekun iclas Asiya üzrə danışıqlara həsr olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!