Modern.az

ABŞ Ukraynadakı müharibədə döyüşməyəcək - Kirbi

ABŞ Ukraynadakı müharibədə döyüşməyəcək - Kirbi

16 Aprel 2024, 10:02

"ABŞ Ukraynada döyüşçü kimi çıxış etməyəcək".

 

Modern.az xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında bildirib.

 

"ABŞ və onun müttəfiqləri Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi pilotsuz təyyarələrin məhv edilməsində birbaşa iştirak etməyəcək", - o əlavə edib.

 

ABŞ və müttəfiqlərinin niyə İsrail səmasında İran PUA-larını vurmağa kömək etdiyi, lakin Ukrayna üçün bunu edə bilmədiyi soruşulduqda, Kirbi belə cavab verib: “Fərqli münaqişələr, fərqli hava məkanı, fərqli təhdid mənzərəsi Ukraynadakı münaqişənin əvvəlindən aydındır. ABŞ bu münaqişəyə döyüşçü kimi müdaxilə etmək niyyətində deyil”.

 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski İsrailin müdafiəsinin effektivliyini vurğulayaraq deyib ki, terror təkcə konkret yerlərdə deyil, hər yerdə məğlub edilməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!