Modern.az

Gürcüstanın paytaxt aeroportu sertifikat alıb

Gürcüstanın paytaxt aeroportu sertifikat alıb

Dünya

16 Aprel 2024, 12:15

Gürcüstanın Tiflis hava limanı yerdə xidmətin təhlükəsizliyi üzrə ISAGO sertifikatı alıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ISAGO akkreditasiyası şirkətə iki il müddətinə verilir.

 

“Tiflis Beynəlxalq Hava Limanı Gürcüstanın aviasiya bazarında maraqlı olan həm mövcud, həm də yeni aviaşirkətlər üçün daha cəlbedici olacaq, ISAGO sertifikatının olması təhlükəsiz istismarın, yüksək keyfiyyətin və beynəlxalq standartlara uyğunluğun təminatıdır”, - deyə hava limanının mətbuat xidmətindən bildirilib.

 

2023-cü ildə Tiflis hava limanı 2019-cu ildə pandemiyadan əvvəlki sərnişin axını səviyyəsinə 100% qayıdıb. Hava limanı 3 694 052 sərnişinə xidmət göstərib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!