Modern.az

İstintaq Komitəsi Ermənistan Səhiyyə Nazirliyində axtarışlar aparır

İstintaq Komitəsi Ermənistan Səhiyyə Nazirliyində axtarışlar aparır

16 Aprel 2024, 12:36

Ermənistan Səhiyyə Nazirliyində və ölkənin tibb mərkəzlərindən birində axtarışlar aparılır.

 

Modern.az xəbər verir ki, bunu ölkənin İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan "Sputnik Armenia"ya bildirib.

 

O qeyd edib ki, axtarışlar dövlət əleyhinə cinayətlərin və konstitusiya quruluşunun pozulmasının araşdırılması üzrə cinayət işinin tərkib hissəsi kimi aparılır.

 

“Hraparak” qəzetinin məlumatına görə, söhbət dövlət sifarişlərinin paylanması ilə bağlı iş üzrə direktor Zaven Koloyanın kabinetində axtarış aparılan "Wigmore" tibb mərkəzindən gedir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!