Modern.az

Gürcüstanda etirazlar böyüyür: Hökumət evinə yürüş edildi - FOTO

Gürcüstanda etirazlar böyüyür: Hökumət evinə yürüş edildi - FOTO

Dünya

18 Aprel 2024, 00:37

Gürcüstan paytaxtı Tbilisidə parlamentin binası önündə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq başlayan aksiya davam edir.

 

Modern.az xəbər verir ki, əvvəlki günlərdən fərqli olaraq bu gün aksiyada hələlik qarşıdurma qeydə alınmayıb. Aksiya iştirakçıları parlamentin önündən hökumət evinə doğru yürüş etmək qərarına gəliblər.

 

Aksiya iştirakçıları hökumət binası qarşısında Baş nazir İrakli Kobaxidze ilə görüş, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin geri götürülməsini və bütün məhbusların azad edilməsini tələb edəcəklər.

 

Hökumət binası ətrafında polis toplaşıb. Azadlıq meydanında xüsusi təyinatlılar və güc strukturlarının əməkdaşları səfərbər olunublar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü