Modern.az

Türkiyədə zəlzələyə görə bəzi bölgələrdə məktəblər BAĞLANDI

Türkiyədə zəlzələyə görə bəzi bölgələrdə məktəblər BAĞLANDI

Dünya

18 Aprel 2024, 07:52

Türkiyədə 4,7 maqnitualı zəlzələ olub.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

 

Bildirilib ki, zəlzələ Tokat şəhərinin Sulusaray rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 9,97 km dərinlikdə yerləşib. 

 

Tələfat və dağıntı barədə məlumat verilməyib.

 

Baş verən zəlzələyə görə Türkiyənin Sulusaray, Artova və Yeşilyurt rayonlarında məktəblər bağlanıb.

 

Tokat valisinin sözlərinə görə, heç bir mənfi hadisə yaşanmasa da, təhlükəsizlik səbəbi ilə belə qərar verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü